"Neftçi"nin sabiq prezidenti xəstəxanaya yerləşdirilib

"Neftçi"nin sabiq prezidenti xəstəxanaya yerləşdirilib
XƏBƏR 2 Sentyabr 2021 / 10:30 1690
-  A +

"Neftçi"nin koronavirusa yoluxmuş sabiq prezidenti Aydın İbrahimovun durumu ağır olaraq qalır.

Bu barədə Qol.az-a açıqlamasında İbrahimovun nəvəsi Nərminə Məmmədova məlumat verib. O, babasının "Yeni klinika"ya yerləşdirildiyini və vəziyyətinin pis olduğunu bildirib:

"Bəli, babam xəstəxanaya yerləşdirildi. Hazırda "Yeni klinika"da müalicə alır. Amma vəziyyəti çox pisdir. Həkimlər isə onun üçün əllərindən gələn hər şeyi edirlər".

Xatırladaq ki, bir neçə gün əvvəl Aydın İbrahimovu durumunun ağırlığına görə heç bir xəstəxananın qəbul etmədiyini bildirmişdik.

Əlavə edək ki, A.İbrahimov 1988-97-ci illərdə "Neftçi"nin prezidenti olub.


Son xəbərlər
topaz banner