Ronaldo: "Mançester Yunayted"ə keçdiyim üçün şadam"

Ronaldo: "Mançester Yunayted"ə keçdiyim üçün şadam"
XƏBƏR 1 Sentyabr 2021 / 17:29 2668
-  A +

"Mançester Yunayted"in yeni transferi Kriştiano Ronaldo "qırmızı şeytanlar"a qayıdışı barədə danışıb.

Qol.az xəbər verir ki, 2003-2009-cu illərdə də bu komandada oynayan 36 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında deyib:

"Bildiyiniz kimi, bu heyrətamiz klubda fantastik bir hekayəm var. 18 yaşımdan buradayam. Təbii ki, 12 il sonra evə qayıtdığım üçün sevinirəm. Çox xoşbəxtəm və komandam ilə ilk oyunu səbirsizliklə gözləyirəm. "Mançester Yunayted"ə keçdiyim üçün şadam. Yenidən tarix yazmaq, klubun böyük nəticələr əldə etməsinə, ən nüfuzlu kubokları qazanmasına, böyük işlər görməsinə kömək etmək istəyirəm".

Qeyd edək ki, Ronaldo ötən gün "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner