"Beşiktaş" müdafiəçi ilə razılaşdı

"Beşiktaş" müdafiəçi ilə razılaşdı
XƏBƏR 31 Avqust 2021 / 17:49 2504
-  A +

"Beşiktaş" heyətinə yeni futbolçu qatacaq.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Atletiko"dan Fransisko Monteronu transfer edəcək. Tərəflər arasında artıq 4 illik razılıq əldə olunub. 22 yaşlı müdafiəçi bu gecə İstanbula gələrək tibbi müayinədən keçəcək və onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Montero geridə qalan mövsüm icarə əsasında "qara qartallar"da oynayıb.

Son xəbərlər
topaz banner