Mbappe ən çox qazanan futbolçu olmaqdan imtina etdi

Mbappe ən çox qazanan futbolçu olmaqdan imtina etdi
XƏBƏR 31 Avqust 2021 / 15:14 4900
-  A +

PSJ-nin oyunçusu Kilian Mbappe dünyanın ən çox qazanan futbolçusu olmaqdan imtina edib.

Qol.az "RMC Sport"a istinadən xəbər verir ki, belə ki, Paris təmsilçisi fransalı hücumçuya ilinə 40 milyon avro qazanacağı müqavilə göndərib. Ancaq 22 yaşlı oyunçu növbəti dəfə müqavilənin müddətinin uzadılması təklifini müsbət cavablandırmayıb. O, təklifi qəbul edəcəyi təqdirdə, ən çox qazanan futbolçu ola bilərdi.

Qeyd edək ki, Mbappenin klubu ilə müqaviləsi 2022-ci ilin yayı başa çatır. Kilianın gələn il azad agent kimi "Real"a keçəcəyi bildirilir.


Son xəbərlər
topaz banner