Cüneyt Çakıra FİFA-dan təyinat

Cüneyt Çakıra FİFA-dan təyinat
XƏBƏR 31 Avqust 2021 / 14:32 2914
-  A +

Türkiyəli referi Cüneyt Çakır FİFA-dan növbəti dəfə təyinat alıb.

Qol.az xəbər verir ki, o, DÇ-2022-nin seçmə mərhələsində Macarıstan - İngiltərə matçını idarə edəcək. Ona yan xətt hakimləri qismində Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy olacaq.

Qeyd edək ki, sentyabrın 2-si Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək Macarıstan - İngiltərə oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Son xəbərlər
topaz banner