"Atletiko" "Barselona"nın təklifini rədd etdi

"Atletiko" "Barselona"nın təklifini rədd etdi
XƏBƏR 31 Avqust 2021 / 12:26 2753
-  A +

“Atletiko” futbolçusu Joao Feliksi “Barselona”ya icarəyə verməyi rədd edib

Qol.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Kataloniya klubu “Atletiko”ya 21 yaşlı yarımmüdafiəçi üçün təklif göndərsə də, Madrid təmsilçisi bunu qəbul etməyib. "Atletiko" transfer pəncərəsi bağlanmamışdan əvvəl danışıqlardan imtina edib.

Bildirilir ki, “Barselona” oyunçununu meneceri Xorxe Mendeşin vasitəsi ilə də Feliksə transfer təklifi göndərib. Oyunçu Kataloniya klubuna keçməyə  maraqlıdır. Lakin onun klubu bu fikirdə deyil. “Atletiko” Feliksin gələcəkdə ulduz futbolçu olacağına və komandaya əlavə güc qatacağına inanır. Həmçinin Madrid təmsilçisi növbəti dəfə  La Liqanın qalibi olmaq üçün çalışır. Bu səbəbdən klub güclü oyunçularını əldən vermək istəmir.

Qeyd edək ki, Joao Feliks “Atletiko”ya 2019-cu ildə 126 milyon avroya “Benfika”dan keçib.


Son xəbərlər
topaz banner