"Rəqiblər gözləniləndən daha güclüdür" - "Bazel"in baş məşqçisi

"Rəqiblər gözləniləndən daha güclüdür" - "Bazel"in baş məşqçisi
XƏBƏR 31 Avqust 2021 / 12:02 4612
-  A +

"Bazel"in baş məşqçisi Patrik Rahmen növbəti dəfə Konfrans Liqasının püşkünü dəyərləndirib.

Qol.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, o, məqsədlərinin "Qarabağ", "Omoniya", Kayrat"la birgə mübarizə aparacaqları H qrupundan çıxmaq olduğunu bildirib: "Rəqiblər cəlbedici deyil, amma ehtimal ki, gözləniləndən daha güclüdür. Buna baxmayaraq, məqsədimiz qışı Avropada keçirmək olmalıdır. Bir sözlə, məqsədimiz qrupdan çıxmaqdır".

Qeyd edək ki, "Bazel" Konfrans Liqasında ilk oyununu sentybarın 16-ı səfərdə "Qarabağ"a qarşı keçirəcək.


Son xəbərlər
topaz banner