Moyze Kin rəsmən “Yuventus”da

Moyze Kin rəsmən “Yuventus”da
XƏBƏR 31 Avqust 2021 / 11:41 2354
-  A +

“Yuventus” “Everton”un futbolçusu Moyze Kinin transferini rəsmiləşdirib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Turin təmsilçisinin 21 yaşlı  hücumçunu  2 illik icarəyə götürdüyü bildirilib. “Yuventus” bu keçidə görə 7 milyon avro (2021/22 mövsümündə 3 milyon, 2022/23 mövsümündə 4 milyon avro) ödəyəcək. Razılığa əsasən, "Yuventus"  icarə müddəti başa çatdıqdan sonra futbolçunun birdəfəlik alacaq.  Bunun üçün 28 milyon avro ödəniləcək. Klub bu məbləği 3 il ərzində ödəyə bilər. Həmçinin müqavilədə 3 milyon avro dəyərində bonus da nəzərdə tutulub.

Qeyd edək ki, Moyze Kin “Yuventus”un yetirməsidir. 2016-cı ildən bu komandada çıxış edən futbolçu 2019-cu ildə 25 milyon avroya “Everton”a keçmişdi.


Son xəbərlər
topaz banner