Türkiyə millisinin üzvü "Beşiktaş"da

Türkiyə millisinin üzvü "Beşiktaş"da
XƏBƏR 31 Avqust 2021 / 00:45 2867
-  A +

“Beşiktaş” Umut Meraşın keçidini tamamlayıb.

Qol.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.

Meraş Fransanın “Havr” klubundan transfer olunub. “Beşiktaş” bu keçidə görə sözügedən kluba 1.5 milyon avro ödəyib.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2019-cu ildən “Havr”da çıxış edirdi.

 


Son xəbərlər
topaz banner