Millimizin üzvü Ukraynada rəmzi komandada

Millimizin üzvü Ukraynada rəmzi komandada
XƏBƏR 30 Avqust 2021 / 20:40 2169
-  A +

Ukrayna Premyer Liqasında 6-cı turun rəmzi komandası açıqlanıb.

Qol.az football.ua-ya istinadən xəbər verir ki, ən yaxşı "11-lik"də "Minay"da çıxış edən millimizin üzvü Rüstəm Əhmədzadə də yer alıb.

20 yaşlı hücumçu  "Şaxtyor"la 1:1 hesablı heç-heçə etdikləri ev oyununun 76-cı dəqiqəsində komandasının bərabərlik qolunu vurub.

Qeyd edək ki, 5 turdan sonra 5 xalı olan "Minay" 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner