Futzal millimizin rəqibləri bilindi

Futzal millimizin rəqibləri bilindi
XƏBƏR 30 Avqust 2021 / 18:51 2776
-  A +

Final mərhələsi 2022-ci ildə İspaniyada təşkil olunacaq 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının bu gün püşkü atılıb.

Qol.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayacaq komandamız 7-ci qrupda yer alıb.
 
U-19 növbəti mərhələyə yüksəlmək üçün Xorvatiya, Belarus və Latviya ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn il 15-20 mart tarixlərində Xorvatiyada təşkil olunacaq. Yalnız qrup lideri final mərhələsinə vəsiqə qazanacaq.
 


Son xəbərlər
topaz banner