"Araz"ın ÇL-in əsas mərhələsindəki rəqibləri müəyyənləşdi

"Araz"ın ÇL-in əsas mərhələsindəki rəqibləri müəyyənləşdi
XƏBƏR 30 Avqust 2021 / 18:18 2225
-  A +

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşib.

B yolunda yer alan ölkə çempionu 6-cı qrupda "Uraqan İvano - Frankivsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6mübarizə aparacaq.

Qeyd edək ki, əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.


Son xəbərlər
topaz banner