"Messi hələ də ən yaxşı formasından uzaqdır"

"Messi hələ də ən yaxşı formasından uzaqdır"
XƏBƏR 30 Avqust 2021 / 12:42 4320
-  A +

PSJ-nin baş məşqçisi Maurisio Poçettino yeni transfer Lionel Messinin debütü haqqında danışıb.

Qol.az xəbər verir ki, 34 yaşlı hücumçu ötən gün Liqa 1-in 4-cü turunda "Reyms"lə matçın (2:0) 66-cı dəqiqəsində Neymarın əvəzinə meydana daxil olub.

Argentinalı mütəxəssis həmyerlisinin idela formasından uzaq olduğunu bildirib: "Messi meydançaya daxil oldu və komandaya inam qatdı. Messi kimi bir futbolçu üçün də yaxşı debüt etmək vacibdir. O, oyuna əla başladı. Messi hələ də ən yaxşı formasından uzaqdır. Amma yüksək səviyyədə məşq edir. Milli komandalar üçün fasilədən sonra mükəmməl formada olacaq".

Qeyd edək ki, Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner