Nuriyevin baş məşqçisi istefa verdi

Nuriyevin baş məşqçisi istefa verdi
XƏBƏR 30 Avqust 2021 / 10:44 1266
-  A +

Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin də çıxış etdiyi "Kolos"un (Ukrayna) baş məşqçisi Ruslan Kostışin istefa verib.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstefaya komandanın Kiyev “Dinamo”suna qarşı matçda 0:7 hesabı ilə uduzması səbəb olub. Kostışin ağır məğlubiyyətdən sonra istefasını rəhbərliyə təqdim edib. Klub rəhbərliyi isə onun istefasını qəbul edib. 

Qeyd edək ki, Kostışin 2014-cü ildən "Kolos"u çalışdırırdı. Onun komandasə Ukrayna Premyer Liqasında 5 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner