"Futbolçularımın istəkli, əzmkar olmasından razı qaldım” - Ayxan Abbasov

"Futbolçularımın istəkli, əzmkar olmasından razı qaldım” - Ayxan Abbasov
XƏBƏR 30 Avqust 2021 / 00:27 1561
-  A +

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Keşlə" 2:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra fikirlərini bildirib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, matçın maraqlı keçdiyini deyib:

“Bildiyiniz kimi, hazırda milli komandanın oyunlarına görə çempionatda fasilə yaranıb. Bizim də 6 futbolçumuz “A” millinin, 2 futbolçumuz isə U-21-in düşərgəsindədir. Yaranmış bu fasiləni biz də səmərəli şəkildə dəyərləndirmək istəyirik. Bu müddət üçün iki yoxlama oyunu planlaşdırmışdıq ki, onların birincisini bu gün “Keşlə”yə qarşı keçirdik. Geridə qalan iki turda iştirak etməyən və az vaxt alan futbolçuları bu gün meydana buraxdıq ki, onları da 90 dəqiqə ərzində iş başında görək. Əvəzedici komandanın gənc futbolçularına da bu gün şans verdik. Onlar da oyunun tempinə rahat uyğunlaşa bildilər. Maraqlı oyun oldu. Futbolçularımın istəkli, əzmkar olmasından razı qaldım”.


Son xəbərlər
topaz banner