Mehriban Əliyeva medal qazanan paralimpiyaçılarımızı təbrik etdi

Mehriban Əliyeva medal qazanan paralimpiyaçılarımızı təbrik etdi
XƏBƏR 29 Avqust 2021 / 17:26 931
-  A +

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında medal qazanan idmançılarımızı təbrik edib.

Qol.az xəbər verir ki, o, bu barədə öz İnstaqram hesabında etdiyi paylaşıııbda yazıb:

"Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram".

Son xəbərlər
topaz banner