Krivotsyuk 90 dəqiqə oynadı

Krivotsyuk 90 dəqiqə oynadı
XƏBƏR 29 Avqust 2021 / 16:28 2898
-  A +

Polşa çempionatında 6-cı tura start verilib.

Qol.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plok) bu gün "Rakov"u qəbul edib.

Krivotsyuk da bu görüşdə iştirak edib. O, start heyətdə meydan daxil olub və sonadək oynayıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Visla” hazırda 7 xalla 18 komanda arasında 8-ci pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner