Messi bugünkü matçın iştirak ərizəsində

Messi bugünkü matçın iştirak ərizəsində
XƏBƏR 29 Avqust 2021 / 15:48 4098
-  A +

PSJ-nin yeni transferi Lionel Messinin bu gün Paris klubunda debüt edəcəyi gözlənilir.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı hücumçunun adı Fransa çempionatının 4-cü turunda bu gün "Reyms"lə keçiriləcək oyunun iştirak ərizəsinə salınıb. Komandanın liderlərindən olan Neymarın da adı iştirak ərizəsindədir.

Xatırladaq ki, "Barselona"dan ayrılaraq PSJ-yə keçən Messi ilə 2+1 illik müqavilə imzalanıb. 


Son xəbərlər
topaz banner