"Qalatasaray" futbolçusunu icarəyə verdi

"Qalatasaray" futbolçusunu icarəyə verdi
XƏBƏR 28 Avqust 2021 / 18:56 2973
-  A +

“Qalatasaray” futbolçusu Jesse Sekidikanı icarəyə verib.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu “Aud-Heverle Löven” klubuna keçib. Onunla 1 illik müqavilə imzalanıb. Belçika təmsilçisi nigeriyalı futbolçu üçün “Qalatasaray”a 300 min avro ödəyəcək.

Qeyd edək ki, Sekidikanı ötən ildən İstanbul klubunda çıxış edir.

Son xəbərlər
topaz banner