Paralimpiyaçılarımızdan 7-ci qızıl medal

Paralimpiyaçılarımızdan 7-ci qızıl medal
XƏBƏR 28 Avqust 2021 / 17:57 2940
-  A +

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb.

Qol.az xəbər verir ki, para-atletimiz Həmid Heydəri nizə atma növü üzrə yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 51.42 metr nəticə göstərərək dünya rekordunu da yeniləyib.

Qeyd edək ki, aktivində 7 qızıl, 2 bürünc medal olan Azərbaycan 7-ci pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner