Modriç millinin oyunlarını buraxacaq

Modriç millinin oyunlarını buraxacaq
XƏBƏR 28 Avqust 2021 / 16:56 1339
-  A +

Xorvatiya millisinin futbolçusu Luka Modriç DÇ-2022-nin seçmə mərhələsində yığmanın növbəti 2 görüşünü buraxacaq.

Qol.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçi zədə səbəbindən sentyabrın 1-i Rusiya, 4-ü isə Slovakiya ilə qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, Modriç bir neçə gün əvvəl klubu "Real"ın heyətində məşq zamanı zədələnib.

Son xəbərlər
topaz banner