Kin yenidən "Yuventus"da

Kin yenidən "Yuventus"da
XƏBƏR 28 Avqust 2021 / 16:30 2956
-  A +

"Everton"un futbolçusu Moize Kin sabiq klubu "Yuventus"a qayıtmağa yaxındır.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Tərəflər 21 yaşlı müdafiəçinin Turin təmsilçisinə icarə əsasında transferi üçün razılığa gəlib. O, artıq sabah tibbi müayinədən keçəcək. "Yuventus" bu transferə görə qarşı tərəfə 20 milyon avro ödəyəcək.

Qeyd edək ki, Moize Kin "Everton"a 2 il əvvəl məhz "Yuventus"dan keçib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Son xəbərlər
topaz banner