Azərbaycandan 6-cı qızıl medal

Azərbaycandan 6-cı qızıl medal
XƏBƏR 28 Avqust 2021 / 14:07 2585
-  A +

Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi olub.

Qol.az xəbər verir ki, 81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.
 
Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb. Daha əvvəl paracüdoçulardan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), həmçinin üzgüçü Roman Saley paralimpiya çempionu olub.


Son xəbərlər
topaz banner