"Qəbələ" yoxlama oyunu keçirəcək

"Qəbələ" yoxlama oyunu keçirəcək
XƏBƏR 28 Avqust 2021 / 12:13 1337
-  A +

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə dövründə hazırlığını davam etdirir.

Qol.az klubun saytına istinadən xəbər verir ki “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakı Olimpiya Stadionunda hazırlıq keçir.

“Qəbələ” fasilə dövründə yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” I divizionun startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gələcək. Oyun avqustun 30-da keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.


Son xəbərlər
topaz banner