Paralimpiyaçılarımızdan növbəti qızıl medal - Tokio-2020

Paralimpiyaçılarımızdan növbəti qızıl medal - Tokio-2020
XƏBƏR 28 Avqust 2021 / 11:42 1877
-  A +

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Qol.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib.

Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempionu olub.

Qeyd edək ki, dünən paracüdoçular Namiq Abaslı (66 kq), Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub. Ötən gün isə paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.

 


Son xəbərlər
topaz banner