İlham Əliyev paralimpiyaçılarımızı təbrik etdi

İlham Əliyev paralimpiyaçılarımızı təbrik etdi
XƏBƏR 28 Avqust 2021 / 11:28 1250
-  A +

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan Azərbaycan idmançılarını təbrik edib.

Qol.az xəbər verir ki, dövlət başçısının "Tvitter" hesabında bununla bağlı paylaşımında deyilir:

"Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!".


Son xəbərlər
topaz banner