"Daha güclü və daha maraqlı rəqiblər gözləyirdik" - "Bazel"in baş məşqçisi

 "Daha güclü və daha maraqlı rəqiblər gözləyirdik" - "Bazel"in baş məşqçisi
XƏBƏR 28 Avqust 2021 / 11:12 4476
-  A +

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen püşkü dəyərləndirib.

Qol.az "Nau"ya istinadən xəbər verir ki, o, püşkdən narazı qalıb. 52 yaşlı mütəxəssis qrupdakı ev oyunlarda stadiona maksimum sayda azarkeş yığa bilməyəcəklərini bildirib: "Daha güclü və daha maraqlı rəqiblər gözləyirdik. Bu rəqiblərlə ev oyunları zamanı azarkeşlər yığa bilməyəcəyik. Rəqiblər azarkeşlərimizin marağına səbəb olacaq komandalar bunlar deyil.Bundan başqa, uzun səyahətlərdən sonra çempionatda vacib oyunlara çıxmalı olacağıq. Ancaq bu qrup növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansdır".

Qeyd edək ki, "Qarabağ" H qrupunda "Bazel"lə yanaşı, Kiprin "Omoniya" və Qazaxıstanın "Kayrat" klubları ilə mübarizə aparacaq.


Son xəbərlər
topaz banner