"Artıq ölkə çempionatına köklənməliyik" - Emin Mahmudov

"Artıq ölkə çempionatına köklənməliyik" - Emin Mahmudov
XƏBƏR 28 Avqust 2021 / 09:35 2430
-  A +

“Neftçi”nin kapitanı Emin Mahmudov Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Makkabi”yə (Hayfa, İsrail) 0:4 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, millimizin üzvü "Feysbuk" səhifəsində bunları yazıb:
 
“Bu dəfə sizi sevindirə bilmədiyimizə görə çox üzgünük. Artıq ölkə çempionatına köklənməliyik. Yenidən daha güclü, daha uğurlu olmaq üçün sizin dəstəyinizə ehtiyacımız var. Birlikdə bacaracağıq!”.
 
Qeyd edək ki, "Makkabi"yə uduzan “Neftçi” avrokuboklarda mübarizəni dayandırıb.


Son xəbərlər
topaz banner