"Qarabağ"ın Konfrans Liqasındakı rəqibləri nə vaxt bilinəcək?

"Qarabağ"ın Konfrans Liqasındakı rəqibləri nə vaxt bilinəcək?
XƏBƏR 27 Avqust 2021 / 00:46 6747
-  A +

Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi avqustun 27-i keçiriləcək.

Qol.az xəbər verir ki, mərasimdə bu turnirdə qrup mərhələsinə yüksələn "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.

Püşkatma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Avropanın 3-cü dərəcəli klub turnirində mübarizəni davam etdirəcək 32 iştirakçı komanda 8 qrupa bölünəcək. Püşkatma zamanı klublar reytinqinə əsasən 4 səbətə bölünəcək və “Qarabağ” 2-ci səbətdə yer alacaq.

Qeyd edək ki, qrup mərhələsinin ilk turu sentyabrın 16-da keçiriləcək.


Son xəbərlər
topaz banner