"Neftçi" "Olimpiakos"la transfer danışıqları aparır

"Neftçi" "Olimpiakos"la transfer danışıqları aparır
XƏBƏR 27 Avqust 2021 / 00:13 4898
-  A +

"Neftçi"nin futbolçusu Mamadu Kanenin Yunanıstan "Olimpiakos"una mümkün keçidi ilə əlaqədar danışıqlar davam edir.

Qol.az xəbər verir ki, bu barədə Bakı klubunun baş məşqçisi Samir Abasov Konfrans Liqasının pley-off mərhələsində İsrail “Makkabi”sinə (Hayfa) 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, məsələyə yaxın günlərdə aydınlıq gələcəyini bildirib: “İki klub arasında danışıqlar gedir. Mən baş məşqçi kimi onun qarşısını kəsə bilmərəm. Bu, insafsızlıq olar. Hər bir futbolçu elə klublara can atır.  Yaxın günlərdə məsələyə aydınlıq gələcək"


Son xəbərlər
topaz banner