Mahir dubl etdi, "Legiya" Avroliqada qrup mərhələsinə yüksəldi- Yenilənib+Videolar

Mahir dubl etdi, "Legiya" Avroliqada qrup mərhələsinə yüksəldi- Yenilənib+Videolar
XƏBƏR 27 Avqust 2021 / 00:52 18530
-  A +

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Qol.az xəbər verir ki, Polşa təmsilçisi evdə Çexiya "Slaviya"sı ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Legiya"nın hər iki qolunun müəllifi M.Emreli olub. O, 59 və 70-ci dəqiqələrdə fərqlənib. Millimizin üzvü start heyətdə meydana daxil olub və 80-ci dəqiqədə əvəzlənib.

Bu qələbə ilə Varşava klubu Avroliqanın qrup mərhələsinə yüksəlib.

Qeyd edək ki, Emreli bu komandalar arasında 2:2 hesabı ilə başa çatan ilk görüşdə də komandasının ilk qolunu vurmuşdu.

26 avqust

"Legiya" (Polşa)- "Slaviya" (Çexiya) - 2:1
Qollar
: Ekpai, 45 (0:1), Mahir Emreli, 59 (1:1), 70 (2:1)
İlk oyun - 2:2

.
Mahirin 1-ci qolu

Mahirin 2-ci qolu


Son xəbərlər
topaz banner