AFFA-dan hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza

AFFA-dan hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza
XƏBƏR 26 Avqust 2021 / 13:14 1575
-  A +

AFFA İntizam Komitəsi "Keşlə"nin futbolçusu Şəhriyar Əliyevi 4 oyunluq cəzalandırıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki,  buna onun Premyer Liqanın 2-ci turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları  matçın 90+5-ci dəqiqəsində hakimi təhqir etməsi səbəb olub.  Bu hərəkətinə görə futbolçu birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bundan başqa, "Keşlə" 3 min 200 manat məbləğində cərimələnib.


Son xəbərlər
topaz banner