I MDB Oyunlarında Azərbaycanın bayraqdarı bəlli oldu

I MDB Oyunlarında Azərbaycanın bayraqdarı bəlli oldu
XƏBƏR 26 Avqust 2021 / 11:18 1330
-  A +

Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı bəlli olub.

Qol.az xəbər verir ki, bayrağı yunan-Roma güləşçisi Həsrət Cəfərov daşıyacaq.

Qeyd edək ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı ötən həftə Rusiyanın digər şəhəri - Ufadakı gənclərin dünya çempionatının finalında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb.

I MDB Oyunlarının açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulur. Yarış 4 - 11 sentyabrda təşkil olunacaq.


Son xəbərlər
topaz banner