"Mahir bizim maskotumuzdur" - "Legiya"nın baş məşqçisi

"Mahir  bizim maskotumuzdur" - "Legiya"nın baş məşqçisi
XƏBƏR 26 Avqust 2021 / 10:53 5158
-  A +

Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Konfrans Liqasının Avropa Liqasının pley-off mərhələsində "Slaviya" ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında komandanın futbolçusu Mahir Emreli haqda danışıb.

Qol.az xəbər verir ki, o, özü ilə birgə mətbuat konfransında iştirak edən millimizin üzvünün "Slaviya" ilə cavab görüşündə oynamaq şansını yüksək qiymətləndirib:

"Mahir  bizim maskotumuzdur. Cavab matçında oynamaq şansı çoxdur. O, bunun üçün əlindən gələni edir.Son oyunfa qol vurdu, məşqdə yaxşı işləyir. Ancaq start heyətlə bağlı yekun qərar qərar oyun günü veriləcək".

Qeyd edək ki, bu gün keçiriləcək "Legiya" - "Slaviya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb


Son xəbərlər
topaz banner