“Klubun heyətində kubokun finallarında oynamışam. Bu, böyük oyunlardır. Futbolçular da, məşqçilər də mükafat qazanmaq istəyir. “Qarabağ”la matç bizə titul qazandırmayacaq. Amma çox sayda mükafat gətirir. Məsələn, maddi mükafatlar və böyük səhnədə oynamaq imkanı".
Qol.az Şotlandiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Şotlandiya "Aberdin"inin qapıçısı Co Lyuis Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi deyib.
O bildirib ki, qrup mərhələsinə vəsiqə qazanmaq mükəmməl olardı: "Bu, ən azı daha 6 oyun keçirmək imkanı verir. Bunlardan üçü evdə keçiriləcək. Buna görə də azarkeşlər üçün əla günlər olacaq. Ümid edirəm ki, məhdudiyyətlərdən asılı olaraq azarkeşlər səfər oyunlarına da gedə biləcəklər, çünki onlar bunu sevir. Koronavirus pandemiyası dövründəki sıxıntılı dövrdə maliyyə baxımından alacağımız mükafat da çox önəmlidir. Uzun illərdir qrupa düşmürük. “Aberdin”i Avropa futboluna qaytarmaq fantastik imkandır".
C.Lyuis onları qrupdan bir oyun ayırdığını vurğulayıb: "Bunun üçün qalib gəlməliyik. “Qarabağ”ın yaxşı komanda olduğunu bilirik. Ancaq son iki turda da yaxşı rəqiblərlə qarşılaşmışıq. Rəqib yaxşı keyfiyyətlərə sahibdir, amma bunun üzərində çox dayanmaq istəmirik. Hazırda "Qarabağ"ı necə narahat edə biləcəyimizi düşünürük".
Qeyd edək ki, bu gün keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil
Kloppun keçmiş köməkçisi baş məşqçi oldu
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
Arda Güler “Real”la yeni müqaviləsindən danışdı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi