UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat
XƏBƏR 25 Avqust 2021 / 17:34 3197
-  A +

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Qol.az xəbər verir ki, o, Konfrans Liqasının pley-ff mərhələsinin cavab oyununu çərçivəsində keçirəcək "Gent" (Belçika) - "Rakov" (Polşa) matçını idarə edəcək.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Gent" (Belçika) - "Rakov" qarşılaşması Bakı vaxtı ilə 22:00-da başlayacaq. 


Son xəbərlər
topaz banner