"Sabah"dan ayrıldı, Albaniya klubuna keçdi

"Sabah"dan ayrıldı, Albaniya klubuna keçdi
XƏBƏR 25 Avqust 2021 / 17:17 2253
-  A +

Ötən mövsümün sonu “Sabah”dan ayrılan Filip İvanoviçin yeni klubu müəyyənləşib.

Qol.az xəbər verir ki, serbiyalı müdafiəçi karyerasını Albaniyada davam etdirəcək. O, bu ölkənin üksək liqa təmsilçisi “Teuta” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2018-2020-ci illərdə "Sabah"da çıxış edən İvanoviç 38 oyuna 1 qol vurub.


Son xəbərlər
topaz banner