“Fənərbaxça” hücumçusunu satdı

“Fənərbaxça” hücumçusunu satdı
XƏBƏR 25 Avqust 2021 / 15:50 3593
-  A +

Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az xəbər verir ki, Superliqa təmsilçisi “Fənərbaxça”dan Mame Tiamı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqallı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Tiam 2020-ci ilin avqustundan “Fənərbaxça”da çıxış edirdi. O, bu komandanın heyətində meydana çıxdığı 33 matçda 8 qol vurub.

Son xəbərlər
topaz banner