“Qarabağ”la oyunda nə isə xüsusi bir şey olacağına ümid edirəm. Futbolçular da matçın klub üçün nə qədər dəyərli olduğunu başa düşür”.
Bunu Şotlandiyanın “Aberdin” klubunun baş məşqçisi Stiven Qlass deyib. Mütəxəssis Konfrans Liqasının “Qarabağ”la sabah keçiriləcək oyunu barədə fikirlərini açıqlayıb: “Oyunçulara azarkeşlərdən nə qədər dəstək alacaqlarını demişəm. “Qarabağ”la görüşdə tribunalarda böyük dəstək olacaq. Futbolçularımız da bu ab-havanı gözləyir və onun qarşılığını oyunu ilə verəcək”.
O, oyunçuların fiziki durumundan da razılığını dilə gətirib: “Mövsüm ərəfəsində toplanış planı düzgün quranda fiziki baxımdan belə oyunlara hazır olursan. Əgər futbolçu böyük klubda oynayırsa, əvvəl avrokuboklarda, ardınca həftəsonu çempionatda oynamaq gücündə olmalıdır. Oyunçularım onları nə gözlədiyini bilirlər. Onlar öz orqanizmlərini buna hazırlayıblar. Bizi yığmalarla bağlı fasilə ərəfəsində möhtəşəm oyun gözləyir. Əgər bu sınaqdan üzüağ çıxsaq, mövsümün startını əla hesab etmək olar".
Qlass Bakıdakı 0:1 hesablı məğlubiyyəti də yada salıb: “İstənilən məğlubiyyət arzuolunmazdır. “Qarabağ”la matçın ilk yarısında meydana uyğunlaşa bilmirdik. Keyfiyyətli oyun göstərmək istəyəndə top meydançada ilişib qalırdı. Oyunun ikinci hissəsi isə daha rahat keçdi. Bu ümidverici məqam idi. Qrupdan kənar qalmaqla barışa bilmərik. Bu üzdən tamamilə cavab oyuna köklənmişik”.
Baş məşqçi Bakıdakı meydanı da xatırlayıb: “Meydan rüsvayçılıq idi. Buna görə də futbolçumuz zədələndi. Amma bəhanə axtarmırıq və cavab oyununu gözləyirik. Aberdində meydançanın yaxşı olması təkcə bizim deyil, rəqibin də xeyrinə olacaq. Zədələr səbəbindən müdafiə xəttində çətinliklərimiz var. Amma bu hər komandanın başına gələ bilər. Oyun barədə nikbin fikirdəyəm və bədbinliyi yaxın buraxmıram. Bu da əsas amildir. Mövsüm üçün heyəti gücləndirməyə çalışacağıq. Lazım olan mövqelərə oyunçular alacağıq” (apasport.az).
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı