"Araz-Naxçıvan" ÇL-in əsas mərhələsində

"Araz-Naxçıvan" ÇL-in əsas mərhələsində
XƏBƏR 24 Avqust 2021 / 21:56 5406
-  A +

Bu gün futzal üzrə Çempionlar Liqasındakı təmsilçimiz "Araz-Naxçıvan” turnirin ilkin mərhələsində növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, komanda Latviya "Raba"sı ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 8:4 hesablı qələbəsi ilə başa çatıb.



24 avqust

Çempionlar Liqası

F qrupu, 3-cü tur

20:00. "Araz-Naxçıvan" - "Raba" (Latviya) - 8:4
Qollar:
Ar.Kuļeşovs, 11:29, Boqdanovs, 15:03, Yakovļevs, 20:54, Strazdiņş, 29:23//Maneka, 0:24, 32:20, Felipinyo, 18:16, Bağırov, 22:30, 32:40, Atayev, 23:33, Çovdarov, 26:00 (p), 29:37

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Araz Naxçıvan" ən yaxşı ikinci yerin sahibi kimi əsas mərhələyə vəsiqə qazanıb. Ölkə çempionunun bu mərhələdəki rəqibləri avqustun 30-da müəyyənləşəcək.

Qeyd edək ki, Joze Alesionun baş məşqçisi olduğu komanda ilk oyunda "Europa"ya (Cəbəllütariq) 9:2 hesabı ilə qalib gəlib. "Araz-Naxçıvan" İkinci qarşılaşmada isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə edib - 4:4.


Komanda

O

Q

H/H

M

T/F

X

1

K.Dinamo

3

2

1

0

23-7

7

2

Araz

3

2

1

0

21-10

7

3

Raba

3

1

0

2

12-16

3

4

Europa

3

0

0

3

8-31

0

 

 

 


Son xəbərlər
topaz banner