Abdullayev Kipr klubunda debüt etdi

Abdullayev Kipr klubunda debüt etdi
XƏBƏR 24 Avqust 2021 / 10:05 5040
-  A +

Azərbaycanlı futbolçu Araz Abdullayev yeni klubu "Etnikos"da rəsmi debüt edib.

Qol.az xəbər verir ki, o, Kiprin A divizionunda "Apollon"la səfər matçında oynayıb. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Abdullayev start heyətdə meydana daxil olub və 68-ci dəqiqədə hesab 2:2 olarkən əvəzlənib.

Qeyd edək ki, millimizin sabiq üzvü bu yay "Etnikos"la 1 illik müqavilə imzalayıb.


Son xəbərlər
topaz banner