"Qalatasaray"la vidalaşdı

"Qalatasaray"la vidalaşdı
XƏBƏR 24 Avqust 2021 / 00:25 4357
-  A +

"Qalatasaray"la müqaviləsi başa çatan Rayan Donk İstanbul təmsilçisi ilə vidalaşıb.

Qol.az xəbər verir ki, bu barədə 35 yaşlı yarımmüdafiəçi öz sosial şəbəkə hesablarında paylaşım edib. O yazıb: 

"2016 -cı ildə yaşamağa başladığım hekayəmin sonuna gəldim. Bu ayrılıq mənim üçün çox çətindir. 5 il yarım ərzində qazanılan kuboklar, onlarla böyük qələbə, bir ömür boyu unutmayacağım gözəl duyğular... Həyatımda belə bir şey yaşadığım üçün qürur duyuram. Möhtəşəm dəstəyinizə görə minnətdaram. İmperatorum Fatih Terimə, menecerlərə, bütün komanda yoldaşlarıma, klub işçilərinə və illərdir yanımızda olan böyük "Qalatasaray" azarkeşlərinə sonsuz təşəkkür edirəm".

Son xəbərlər
topaz banner