"Mançester Siti" onlara abidə ucaldır

"Mançester  Siti" onlara abidə ucaldır
XƏBƏR 23 Avqust 2021 / 14:49 2529
-  A +

"Mançestesr Siti" 3 keçmiş futbolçusunun şərəfinə ev oyunlarını keçirdiyi "Etihad" stadionunda abidə ucaldır.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Şəhərlilər" "klubun əfsanələri" adlandırdığı Vinsent Kompani, David Silva və Serxio Aqueronun heykəlini inşa etdirir. Bildirilir ki, Kompani və Silvanın abidəsi bu həftə "Arsenal"la matçdan əvvəl təqdim olunacaq. Lakin Aqueronun heykəlinin açılışı 2022-ci il üçün nəzərdə tutulub. Abidələrin müəllifi isə Qlazqo Rəssamlıq Akademiyasının məzunu Endi Skottdur.

Qeyd edək ki, Silva 2010-2020, Kompani 2008-2019, Aquero isə 2011-2021-ci illərdə "Mançester Siti"də oynayıb.


Son xəbərlər
topaz banner