"Neftçi"nin rəqibi finalda

"Neftçi"nin rəqibi finalda
XƏBƏR 23 Avqust 2021 / 11:15 2779
-  A +

"Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Makkabi" (Hayfa, İsrail) növbəti matçına çıxıb.

Qol.az xəbər verir ki, komanda Toto kubokunun yarımfinalında "Hapoel" ilə (Tel-Aviv) qarşılaşıb. "Makkabi" rəqibinə 2 cavabsız qolla qalib gəlib.

Beləliklə, "Makkabi" turnirin finalında Ber-Şeva "Hapoel"i ilə qarşılaşacaq.

Qeyd edək ki, "Neftçi" ilə "Makkabi" arasındakı ilk matç 3:3 hesablı heç-heçə ilə başa çatıb. Komandalar arasında cavab görüşü avqustun 26-da İsraildə olacaq.

"Makkabi" (Hayfa) - "Hapoel" (Tel-Aviv) - 2:0
Qollar:
Əbu-Fani, 88, David, 90+2

Son xəbərlər
topaz banner