"Araz-Naxçıvan"dan heç-heçə

"Araz-Naxçıvan"dan heç-heçə
XƏBƏR 22 Avqust 2021 / 17:25 2546
-  A +

"Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirib.

Qol.az xəbər verir ki, son ölkə çempionu F qrupunda Finlandiyanın “Kampuksen Dinamo”su ilə üz-üzə gəlib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb.

Çempionlar Liqası, ilkin mərhələ

F qrupu

"Kampuksen Dinamo” (Finlandiya) - "Araz-Naxçıvan" - 4:4
Qollar:
Macedo Bazilyo, 12''15''; 29"56". Yere İntala, 12''40''. Sergey Korsunov, 21''37" - Xətai Bağırov, 6''21'', Emanuel Rodriges, 7''22''. Pereyra Qonsalveş Dos Santos, 15''49''. Amir Şojaei, 33"00"

Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib. İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.


Son xəbərlər
topaz banner