"Mançester Yunayted" yarımmüdafiəçisini icarəyə göndərdi

"Mançester Yunayted" yarımmüdafiəçisini icarəyə göndərdi
XƏBƏR 22 Avqust 2021 / 16:27 1347
-  A +

“Mançester Yunayted” futbolçusu Andreas Pereyranı icarəyə verib.

Qol.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını “Flamenqo”da davam etdirəcək. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pereyra  ilə 2021/2022 mövsümünün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 2012-ci ildən “Mançester Yunayted”də çıxış edən Pereyra ötən mövsümü icarə əsasında İtaliyanın “Latsio” klubunda keçirib.

Son xəbərlər
topaz banner