Mahirin komandasının oyunu təxirə salındı

Mahirin komandasının oyunu təxirə salındı
XƏBƏR 22 Avqust 2021 / 11:19 3506
-  A +

Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya"nın Polşa çempionatının 5-ci turunda bu günkü oyunu təxirə salınıb.

Qol.az xəbər verir ki, Varşava təmsilçisinin Avropa Liqasının pley-off mərhələsində evdə Çexiya "Slaviya"sı ilə matçına yaxşı hazırlaşması üçün bu qərar verilib.

Qeyd edək ki, "Legiya" bu gün "Bruk-Bet Termaliça" ilə qarşılaşmalı idi.

Xatırladaq ki, Polşa klubunun "Slaviya" ilə ilk görüşü 2:2 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab oyunu avqustun 26-cı keçiriləcək.


Son xəbərlər
topaz banner