Millimizin üzvünün komandası uduzdu

Millimizin üzvünün komandası uduzdu
XƏBƏR 21 Avqust 2021 / 21:24 3000
-  A +

Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin çıxış etdiyi “Minay” bu turda səfərdə “Veres”lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Millimizin üzvü Rüstəm sözügedən görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 57-ci dəqiqədə meydana daxil olub.
 
Eldar bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 74-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
5 turdan sonra 4 xalı olan “Minay” 16 komanda arasında 11-ci pillədə qərarlaşıb.


Son xəbərlər
topaz banner