"Liverpul" Salahla müqaviləni yeniləyir

"Liverpul" Salahla müqaviləni yeniləyir
XƏBƏR 21 Avqust 2021 / 10:29 1299
-  A +

"Liverpul" futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalamaq niyyətindədir.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp danışıb. O 29 yaşlı hücumçu ilə yeni sözləşmə imzalamaq üçün danışıqlar apardıqlarını deyib:

"Danışıqlar gedir, bəli. Bunun üzərində işləyirik. Onunla müqaviləni uzatmaq istəyirik. Salahın əhval -ruhiyyəsi yaxşıdır və ümid edirəm ki, belə də qalacaq".

Qeyd edək ki, M.Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.


Son xəbərlər
topaz banner