Mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər

Mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər
XƏBƏR 19 Avqust 2021 / 19:39 1301
-  A +

2020/21 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Namizədlər sırasında Pep Qvardiola ("Mançester Siti"), Roberto Mançini (İtaliya millisi) və Tomas Tuhel ("Çelsi") var.

Qvardiola 2020/21 mövsümündə "şəhərlilər"i ilk dəfə Çempionlar Liqasının final mərhələsinə çıxarmağı bacarıb. Tuhelin "Çelsi"si məhz bu turnirin qalibi olub. Mançini isə İtaliya millisini Avro-2020-nin çempionu edib.

Qeyd edək ki, 2020/21 mövsümünün ən yaxşı baş məşqçisinin adı avqustun 26-sı İstanbulda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Son xəbərlər
topaz banner